BeIT Partners üçün Hərtərəfli Rəqəmsal Marketinq layihəsi
Sifarişçi
BeIT Partners
Görülən iş
Rəqəmsal marketinq
Köhnəlmiş standartları arxada qoyub, kompleks rəqəmsal marketinq və ağıllı IT həlləri ilə BeIT Partners-in onlayn kimliyinə yeni nəfəs gətirdik!

1. Diaqnostika və Strategiyanın Qurulması:
- Şirkətin mövcud dizayn və marketinq resursları tam audit edildi, ehtiyaclar müəyyənləşdirildi.
- Brendinq strategiyası və rəqəmsal platformalarda satış potensialını artırmaq üçün 12 aylıq rəqəmsal marketinq planı hazırlandı.
- Avropa bazarı, sənaye trendləri, rəqiblər və hədəf kütlə üzrə geniş bazar araşdırması, o cümlədən SWOT analizi həyata keçirildi.
2. Veb İnkişaf və E-ticarət İnteqrasiyası:
- UI/UX standartlarına cavab verən, istifadəçi mərkəzli və müasir dizayna malik 12 səhifəlik yeni veb-sayt (Front-end və Back-end) sıfırdan yığıldı.
- Məhsul və xidmətlərin nümayişi üçün xüsusi modullar, o cümlədən e-ticarət (e-commerce) və onlayn ödəniş (payment gateway) sistemləri inteqrasiya edildi.
- Müştərilərlə sürətli əlaqə üçün WhatsApp inteqrasiyası və saytın asan idarə olunması üçün "Admin Panel" quruldu.
3. SEO və Məzmun (Content) Optimizasiyası:
- Sayt axtarış sistemləri üçün tam optimizasiya edildi (meta teqlər, URL strukturlarının qurulması, schema markup, sitemap.xml, sürət və mobil uyğunluq optimizasiyası).
- Veb-saytın axtarışlarda önə çıxması və istifadəçi cəlbi üçün SEO yönümlü 10-15 məhsul səhifəsi və 5-10 bloq yazısı yaradıldı.
4. CRM (Müştəri Münasibətlərinin İdarə Edilməsi) Sisteminin Yaradılması:
- Müştəri məlumatlarının, "lead"lərin (potensial müştərilərin) izlənməsi və satış prosesinin (sales pipeline) idarə olunması üçün xüsusi CRM sistemi tətbiq edildi.
- Sistemə e-poçt inteqrasiyası, hesabatlılıq modulları və müştəri sorğularını effektiv idarə etmək üçün "ticket" (dəstək) sistemi əlavə olundu.
5. SMM, Promo Videolar və Marketinq Kampaniyaları:
- Şirkətin xidmətlərini hədəf kütləyə vizual olaraq düzgün çatdırmaq üçün hər biri 30-60 saniyə olan 5 ədəd qısa promo video istehsal edildi.
- TikTok, Instagram və Facebook platformaları üçün məzmunun yaradılmasını və idarə olunmasını əhatə edən 3 aylıq Sosial Media (SMM) kompleksi həyata keçirildi.
- Hədəf kütləyə çatmaq üçün e-poçt marketinq kampaniyaları və məhsulların demo təkliflərini ehtiva edən vebinarlar təşkil edildi.
- Şirkət işçiləri üçün veb-sayt, CRM, SEO və sosial medianın effektiv istifadəsi üzrə qrup təlimləri (workshops) keçirildi

English version