BeIT Partners üçün Hərtərəfli Rəqəmsal Marketinq layihəsi
BeIT Partners üçün hərtərəfli rəqəmsal transformasiya.
Köhnəlmiş standartları arxada qoyub, kompleks rəqəmsal marketinq və ağıllı IT həlləri ilə BeIT Partners-in onlayn kimliyinə yeni nəfəs gətirdik.
Layihəyə hərtərəfli diaqnostika ilə başladıq: şirkətin mövcud dizayn və marketinq resurslarını audit edib ehtiyacları müəyyənləşdirdik, Avropa bazarı, sənaye trendləri, rəqiblər və hədəf kütlə üzrə geniş bazar araşdırması (o cümlədən SWOT təhlili) apardıq və bu əsasda 12 aylıq rəqəmsal marketinq strategiyası hazırladıq.
Veb inkişaf və e-ticarət. UI/UX standartlarına cavab verən, istifadəçi mərkəzli və müasir dizayna malik 12 səhifəlik yeni veb-sayt front-end və back-end tərəfdən sıfırdan quruldu. Məhsul və xidmətlərin nümayişi üçün e-ticarət və onlayn ödəniş sistemləri inteqrasiya edildi, müştərilərlə sürətli əlaqə üçün WhatsApp inteqrasiyası, saytın sərbəst idarə olunması üçün isə admin panel quruldu.
SEO və məzmun optimizasiyası. Sayt axtarış sistemləri üçün tam optimallaşdırıldı — meta teqlər, URL strukturu, schema markup, sitemap.xml, sürət və mobil uyğunluq. Axtarışlarda önə çıxmaq və istifadəçi cəlb etmək məqsədilə SEO yönümlü 10-15 məhsul səhifəsi və 5-10 bloq yazısı hazırlandı.
CRM həlli. Müştəri məlumatlarını, potensial müştəriləri (lead) və satış prosesini (sales pipeline) idarə etmək üçün xüsusi CRM sistemi tətbiq edildi; e-poçt inteqrasiyası, hesabatlılıq modulları və dəstək (ticket) sistemi ilə tamamlandı.
SMM, promo videolar və marketinq kampaniyaları. Şirkətin xidmətlərini hədəf kütləyə vizual şəkildə çatdırmaq üçün hər biri 30-60 saniyəlik 5 promo video istehsal edildi. TikTok, Instagram və Facebook üçün 3 aylıq SMM kompleksi həyata keçirildi, e-poçt marketinq kampaniyaları və demo vebinarlar təşkil edildi. Komandaya veb-sayt, CRM, SEO və sosial medianın effektiv istifadəsi üzrə qrup təlimləri keçirildi.








